Главная > Şou biznes > "Samirəni efirdə rəzil etmək yaxşı deyildi" - Kübra Əliyeva
"Samirəni efirdə rəzil etmək yaxşı deyildi" - Kübra Əliyeva9-03-2021, 10:41. Разместил: admin |
"Şəfiqə xanıma hörmət edirəm, amma inciməsin. Samirənin də özünə görə adı-sanı var. Onu əvvəldən tanıyıram, mərd xanımdır. Onu efirdə rəzil etmək yaxşı deyildi, böyük kimi o, sözləri kənarda deyərdi". Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa vəkil Şəfiqə Nağıyevanın efirdə meyxanaçı Samirə Yusifqızını geyiminə görə təhqir etməsini qınayıb. O bildirib ki, vəkil efirdə ifaçını təhqir edib. Ş.Nağıyeva isə "Samirəni çox istəyirdim, ona efirdə ağlayan mən oldum. Efirdə ona kömək istəyə bilərəm, amma bunu deyə bilmərəm? Samirə gərək o hərəkəti etməzdi. O, uşaq, ana saxlayır. Xoşunuza gəlirsə, Kübra xanım, siz də elə geyinin gəlin" sözlərini deyib. K.Əliyeva vəkilə "Bura 10 milyon insan, dünya baxır. Öz insanımızı, qadınımızı təhqir etdiniz. Siz onu təhqir etdiniz. Burada deyilməsinin əleyhinəyəm. Ona anası, övladı baxırdı. Elə irad demək olmazdı" cavabını verib.axşam.az Вернуться назад |