Главная > Şou biznes > Rəmişin səhhəti ilə bağlı son durum AÇIQLANDI
Rəmişin səhhəti ilə bağlı son durum AÇIQLANDI3-02-2021, 14:00. Разместил: admin |
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib. O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”. G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb. Вернуться назад |