Главная > Şou biznes > Xalq artisti koronavirusdan vəfat etdi
Xalq artisti koronavirusdan vəfat etdi22-12-2020, 10:46. Разместил: admin |
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib. Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl “COVID-19” diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi. Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub. S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti" fəxri adlarına layiq görülüb. Вернуться назад |