Главная > Şou biznes > "Xalam oğlu Ağdərədə əsir düşüb" - Mətanət İsgəndərli
"Xalam oğlu Ağdərədə əsir düşüb" - Mətanət İsgəndərli8-12-2020, 13:00. Разместил: admin |
Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə bağlı etiraf edib. Müğənni "Ay Zaur" proqramında qonaq olarkən xalası oğlunun 28 il əvvəl Qarabağ müharibəsində əsir düşdüyünü deyib: "Atamın bibisinin nəvəsi Həsənov Vurğun ikinci Qarabağ müharibəsində şəhid oldu. Bir də mənim xalam oğlu, 1992-ci ildə Ağdərədə itkin düşüb. Onda 18 yaşı var idi. Tamara xalam hələ də onun yolunu gözləyir. 2 ay idi əsgər getmişdi. Deyirik, bəlkə indi ondan xəbər çıxa. Natiq Əhmədov, bəlkə izinə düşdük. Amma öldüyündən, əsir olduğundan xəbərsizik".(axşam.az) Вернуться назад |