Главная > Şou biznes > İzlənmə rekordları qıran "Barbi" filmi bu ölkədə qadağan olundu, səbəb isə...

İzlənmə rekordları qıran "Barbi" filmi bu ölkədə qadağan olundu, səbəb isə...


10-08-2023, 11:07. Разместил: admin
İzlənmə rekordları qıran "Barbi" filmi bu ölkədə qadağan olundu, səbəb isə...


Dünya miqyasında izlənmə rekordları qıran “Barbie” filmi Livanda qadağan olunub.

Xarici KİV xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Məhəmməd Mortada açıqlama verib. O, filminin homoseksuallığı təbliğ etdiyi və dini dəyərlərə zidd olduğu üçün kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb.

Nazir bəyanatında filmin homoseksuallığı və cinsi transformasiyanı təbliğ etdiyini, ailə birliyinin əhəmiyyətini azalaraq inanc və əxlaq dəyərləri ilə ziddiyət təşkil etdiyini bildirib.

Qeyd edək ki, Marqot Robbi və Ryan Qoslinqin rol aldığı “Barbie” filmi iyulun 21-də ekranlara çıxdıqdan sonra dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edib


Вернуться назад