Главная > Şou biznes > "TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər"
"TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər"19-07-2022, 16:00. Разместил: admin |
Müğənni Emil Bədəlov TikTok-da canlı yayıma girən məşhurlara lağ edib. Axşam.az bildirir ki, sənətçi aparıcı Tural Əsədovun ona ünvanladığı sualları cavablandırıb. "TikTok olmasaydı..." sözlərinə Emil belə reaksiya verib: "Tənbəl olmasaydım, oliqarx olardım. TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər. Əsəbiləşirəm, bu haqda danışmayaq. TikTok-da bəzi insanlar var. Mən də girib baxıram. İnanmırdım ki, həyatda onları görüm. Belə adam olar?". Şou-biznesdəki qalmaqallardan danışan ifaçı "Camaata qalmaqal maraqlıdır. Kimin qalmaqalı çoxdur, onun toyu da çoxdur. Kim bütün günü sosial şəbəkədə görünürsə, toyları boldur" sözlərini deyib. Вернуться назад |