Главная > Şou biznes > Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı özündən çıxdı - FOTO
Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı özündən çıxdı - FOTO6-05-2022, 16:00. Разместил: admin |
Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb. Bədəlova sosial media hesabında paylaşım edib: “O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib. Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Görməmisiniz də, hə, babanızı?” deyə sual verib. Anar isə “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının sualı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub. Sözügedən paylaşımları təqdim edirik: Вернуться назад |