Erməni bloqqerlə bağlı qalmaqalda azərbaycanlını dəstəklədi
- 16-06-2021, 11:11
- Şou biznes
- 0
- 262
Rusiya və Ukrayna şou-biznesinin ulduzu Svetlana Loboda 11 il birlikdə çalışdığı azərbaycanlı prodüser Natella Krapivina (Əliyeva) ilə işbirliyinə son qoyması barədə yeni açıqlama yayıb.
“Pop ifaçısı Xalq artisti Filipp Kirkorovla qalmaqaldan sonra incəsənət aləmindən uzaqlaşan Natelladan sonra heç bir prodüserlə əməkdaşlıq etməyəcəyini deyib:
“Dostlar, bir həftə əvvəl mənə və komandama əhəmiyyətli dərəcədə təsir edən bir hadisə oldu. Natellanın şərhini qəbul etmədiyimi vurğulamaq istəyirəm və duyğuların bu ifadə formasının qəbuledilməz olduğuna inanıram. Eyni zamanda, hər kəsin səhv etmək və düzəltmək hüququ olduğunu xatırlatmaq istəyirəm. Natellanı yaxşı tanıdığımdan, baş verənlərdən peşman olduğunu düşünürəm. Natellanın bizi tərk etmək qərarına görə təəssüflənirəm, amma bunu hörmətlə qəbul edirəm”, - deyə Loboda bildirib.
Müğənni 11 illik işbirliyinin yaddaşdan silinəcək və ya unudulacaq bir şey olmadığını qeyd edərək belə davam edib: “Bu illər ərzində baş verən hər şey üçün Natellaya minnətdaram və demək istərəm ki, ailəmin bir hissəsi idi və qalır. Və həmişə belə olacaq”.
İfaçı postunu “Həyatımda artıq prodüser olmayacaq” sözləri ilə bitirərək uzun müddət konsert direktoru vəzifəsinə şəxs axtardığını və bu gündən etibarən iki şirkətin bu işlə məşğul olacağını qeyd edib.
O, bu işlə müvəqqəti olaraq Təbriz Şəhidi və Andrey Alekseevin məşğul olacağını bildirib.
Qeyd edək ki, Natella Kirkorovun instaqramda erməni bloqqer David Manukyanla fotosuna “Əvvəllər Qafqazda bu cür insanları kabab üçün doğrayırdılar” fikirlərini yazmışdı. Prodüser homofobiyada ittiham edilmişdi.