» » “TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - FOTO/VİDEO

“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - FOTO/VİDEO

“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - FOTO/VİDEO


Ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadəcə bir cümlə ilə ifadə etmişdi Taryel dayı: “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”.
Onun “TRT Haber”ə verdiyi bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldı. 

Bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, hələ də bədənindədir...

O güllə çıxmasa da, bu gün gedən döyüşlərdə qazanılan uğurlar Taryel Şahverdiyevin ürəyindən tikan çıxarır.

Qafqazinfo-nun əməkdaşları Gəncəyə gedərək, Taryel Şahverdiyevlə görüşüb. Qarabağ qazisi bildirib ki, bu gün də öz komandası ilə döyüşməyə hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir.

<embed src='https://baku.tv/embed/25730' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>




  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya