» » Bakıya gələn xarici müğənnilər bu halda cəzalanacaqlar

Bakıya gələn xarici müğənnilər bu halda cəzalanacaqlar

Bakıya gələn xarici müğənnilər bu halda cəzalanacaqlar


Bir neçə gün öncə Şəmkirdə toyda qonaq olan türkiyəli müğənni Ebru Gündeş və onun timsalında son dövrlər tez-tez Azərbaycanda şənlik və toy məclislərində iştirak edən xarici müğənnilərin qonorarları və onların vergi öhdəliyi müzakirə olunur.

Məlumdur ki, həmin müğənnilər ölkəmizdə toyda iştirak etmək üçün çox yüksək məbləğdə qonorar alırlar. İddia olunur ki, onların əksəriyyəti vergi ödəməkdən boyun qaçırırlar.

Ölkəmizə toya və digər məclislərə gələn xarici sənət adamlarının vergi öhdəliyi Vergi Məcəlləsində necə əks olunub? Onlar aldıqları qonorarın hansı hissəsini vergiyə ödəməlidirlər?

Mövzu ilə bağlı news24.az-a danışan hüquqşünas Babək Qocayev bildirib ki, verginin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, müğənniyə ödəniş edən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa və vergi ödəyicisi deyilsə, öhdəlik daşımır: "Vergini müəyyən vəsait qarşılığında dəvət alan müğənni ödəməlidir. Sözügedən xarici rezidentlər öz ölkəsinin qanunvericiliyinə əsasən gəlir bəyannəməsi verib və vergisini ödəyib".

B.Qocayevin sözlərinə görə, ifaçı vergi ödəyərkən onun yerli və ya xarici olması nəzərə alınır: "Müğənnini şənliyə, toya dəvət edəndə yerli və xarici rezident olmasından asılı olaraq fərqli nüanslar ortaya çıxır. Bu zaman üçtərəfli müqavilə tərtib olunur: sifarişçi, təşkilatçı-icraçı və benefisiar arasında. Yerli ifaçını toya dəvət edəndə restoran sahibi ilə müqavilə bağlanılır. Müğənni özü gəlirin 20 faizini vergi ödəyir. Xarici ifaçı dəvət edildikdə isə onu gətirən şəxs vergi ödəyicisi olmadığı halda sadəcə restorana ödəniş edir. Restoran isə təyin olunan ödəmə məbləğindən 10 faiz vergi tutur və büdcəyə ödəyir. Restoran ƏDV ödəyicisidirsə, həmin məbləğin 18 faizini büdcəyə ödəyir. Daha sonra isə pulu geri alır. Vergi məsələsi bu cür tənzimlənir. Belə olmasının səbəbi əcnəbi ifaçıların burada vergi uçotunda olmadıqları üçündür".

Vergi öhdəliyindən boyun qaçırma halı olarsa, bu məsələ necə tənzimlənir?

Hüquqşünas qeyd edib ki, vergidən yayınma halları baş verdikdə, sənətçi məsuliyyətə cəlb olunur. O əlavə edib ki, bu sahədə boyun qaçırma hallarına rast gəlinir. "Lakin xarici müğənnilər Azərbaycana toya hansı məbləğ qarşılığında gəldiyini bəyan edərək vergisini ödəyib, deklarasiya verib", - deyə hüquqşünas yekunlaşdırıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya