» » Deputatdan özü haqda olan səhnəciyə reaksiya - "Komedixana" qalmaqalı

Deputatdan özü haqda olan səhnəciyə reaksiya - "Komedixana" qalmaqalı

Deputatdan özü haqda olan səhnəciyə reaksiya - "Komedixana" qalmaqalı


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev Xəzər TV-də yayımlanan “Komedixana” layihəsi haqqında tənqidi fikirlər səsləndirmişdi.

“Komedixana” komandası isə deputata səhnəciklə cavab verib.
Yayımlanan səhnəcikdə “Etibar müəllim də özünü pis güdürməyib”  ifadələrinə yer verilib.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Etibar Əliyev səhnəcikdən xəbərdar olduğunu deyib:

“Mənə dedilər ki, onlar belə bir şey paylaşıb. O qədər vaxtım yoxdur ki, onlara baxıb əsəbiləşim. Elə şeylərə baxmıram. Mən onların nəyinə baxım? Əslində, onların səhnədəki mədəniyyətini görürsünüz. Nə danışdıqlarını təxmini təsəvvür edirəm. Heç maraqlanmıram. Sadəcə, hesab edirəm ki, bu cür komediyalarla - bunun adı komediya deyil - şit-şit hərəkətlərlə auditoriyanı tutmaq olmaz”.

E.Əliyev səhnəcikdə barəsində deyilən ““Etibar müəllim də özünü pis güldürməyib” sözlərinə də münasibət bildirib:

“O qədər dərin adam deyillər ki, hər hansı bir sətiraltı ifadələri olsun. Onların səviyyəsinə uyğun sətiraltı nə ola bilər ki? "Özünü güldürmək” nə deməkdir? Ramiz Məlik onlara çox yaxşı cavab verib. O qədər səthi, dayaz adamlardır ki, nəsə gözləmirəm”.

Millət vəkili barəsində deyilənləri təhqir kimi qəbul edib-etmədiyi ilə bağlı isə suala isə belə cavab verib:

“Mən onlara teatrdan, komediyadan, pyesdən saatlarla mühazirə oxuyaram. O şeyləri çox yaxşı bilirəm. Gəlsinlər, onlara saatlarla mühazirə deyim, bir az savadlansınlar”, - deyə o söyləyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya