» » Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı — FOTO

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı — FOTO

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı — FOTO


Müğənni, bloqer Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə “Instagram”da bir-birini izləmədən çıxarmaları barədə açıqlama verib.
Oxu.az xəbər verir ki, Aynişan bunu “qara piar” adlandıranlara cavab olaraq bildirib ki, onun heç bir reklama ehtiyacı yoxdur: 

“Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni lahiyəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya