Главная > Sosial > Uşaqlar üzərində aparılan koronavirus araşdırmalarının nəticələri AÇIQLANDI

Uşaqlar üzərində aparılan koronavirus araşdırmalarının nəticələri AÇIQLANDI


17-09-2021, 11:14. Разместил: admin
Uşaqlar üzərində aparılan koronavirus araşdırmalarının nəticələri AÇIQLANDI


Uşaqlar üzərində aparılan uzun COVID araşdırmasının nəticəsi bəlli olub.

Guardian” xəbər verir ki, elm adamları koronavirusa yoluxan və uzun müddət sağlamlığına qovuşa bilməyən insanlarla bağlı araşdırma aparıb.

Pediatrik İnfeksion Xəstəlikləri jurnalında yayımlanan araşdırmaya görə, koronavirusa yoluxan gənclər və uşaqlar nadir hallarda 12 həftədən daha çox simptomlar daşıyırlar.
Bundan əlavə, qeyd olunub ki, piylənmə, xroniki böyrək xəstəliyi, ürək xəstəlikləri, immunitet pozğunluğu da daxil olmaqla  müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların və yenityetmələrin koronavirusu ağır keçirmə ehtimalı 25 dəfə daha çoxdur.

Murdoç Uşaq Araşdırma İnstitutunun yolxucu xəstəliklər üzrə mütəxəssisi, professor Niqel Kurtis bildirib ki, uşaqlarda koronavirus adətən asemptomatikdir və xəstəxanaya yerləşdirmə ehtimalı aşağıdır.

Elm adamları koronavirusun insan bədənində aktiv olmayan və ya gizli virusları yenidən aktivləşdirdiyini düşünür. Bu da bəzi insanların koronavirusa nə üçün uzun müddət qalib gəlmədiyi sualının cavabı ola bilər.


Вернуться назад