Главная > Sosial > Bu şəxslərin pensiya yaşı azaldılsın - DEPUTAT
Bu şəxslərin pensiya yaşı azaldılsın - DEPUTAT12-08-2021, 11:34. Разместил: admin |
“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı”. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili torpaqlarımızın işğaldan azad olunmasından sonra minatəmizləyənlərin üzərinə daha çox görəv düşdüyünə diqqət çəkib: “İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərimizdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb. Yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da mina təmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir. İkinci Dünya Müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir. V. Bayramov bildirib ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı: “Əvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər. İkincisi, Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı. Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb. Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artımların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”. “Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhvəsi olacaq”, - deyə deputat əlavə edib. Вернуться назад |