Главная > Sosial > Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA
Yenidən sərt karantinə qayıdılır? - Operativ Qərargahdan AÇIQLAMA26-07-2021, 12:46. Разместил: admin |
Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir: “Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”. Вернуться назад |