Главная > Sosial > Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq
Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq17-06-2021, 13:30. Разместил: admin |
Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. "Dəyişikliklə qanuna aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”. Вернуться назад |