Главная > Sosial > Maskadan istifadənin məcburi olduğu ərazilər - SİYAHI
Maskadan istifadənin məcburi olduğu ərazilər - SİYAHI2-06-2021, 13:08. Разместил: admin |
Nazirlər Kabineti sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməli yerləri açıqlayıb. "Yol-xeber.az"ın xəbərinə görə, aşağıdakı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir: - şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); - qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); - dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; - fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; - açıq sahəli ofislərdə və istehsalat yerlərində; - tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; Вернуться назад |