Главная > Sosial > Nazirlikdən saxta əlillik alanlarla bağlı açıqlama

Nazirlikdən saxta əlillik alanlarla bağlı açıqlama


21-05-2021, 12:34. Разместил: admin
Nazirlikdən saxta əlillik alanlarla bağlı açıqlama


Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6% təşkil etsə də, pensiya sistemində bu, 30% təşkil edir.
"Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:

“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bunlar sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, sui-istifadə halları aradan götürülsün”.


Вернуться назад