Главная > Sosial > “Suraxanı Bazar”ı sahiblərinə pul ödəyəcək

“Suraxanı Bazar”ı sahiblərinə pul ödəyəcək


17-05-2021, 10:10. Разместил: admin
“Suraxanı Bazar”ı sahiblərinə pul ödəyəcək



“Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Yığıncaq 25 iyun 2021-ci il saat 11.00-da Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2019-2020-ci illər üçün maliyyə - təsərrüfat fəaliyyəti haqqında hesabatı, illik dividend paylarının bölünməsi və digər məsələlər daxildir.

Cəmiyyətin məlumatına görə, səhmdarların illik ümumi yığıncağının keçirilməsi vaxtı “COVID-19” pandemiyası ilə əlaqədar sərt karantin rejimi dövrünə təsadüf edərsə, onda səhmdarlardan iclas vaxtını dəqiqləşdirmələri xahiş olunur.


Вернуться назад