Главная > Sosial > Tarifin artırılması “Azərsu” ASC-nin yeni binasının tikintisi ilə əlaqəlidir? - AÇIQLAMA
Tarifin artırılması “Azərsu” ASC-nin yeni binasının tikintisi ilə əlaqəlidir? - AÇIQLAMA1-02-2021, 13:52. Разместил: admin |
“Azərsu” ASC-nin yeni inzibati binası bu gün suyun maya dəyərinə heç bir rol oynamır”. Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib: “Bu tikintidə xərclənən 1 manat belə qurumun tariflərində yoxdur. Bu fikir yanlışdır, tariflərin artırılması ilə bu məsələnin heç bir əlaqəsi yoxdur”. Onun sözlərinə görə, bu binanın tikintisi yeni tikilməkdə olan binaların siyahısına daxildir, lakin o hələ balansa qəbul olunmayıb. Вернуться назад |