Главная > Sosial > Daxili İşlər Nazirliyindən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyindən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA28-12-2020, 14:57. Разместил: admin |
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk. Вернуться назад |