Главная > Sosial > Deputat: “Şəhid ailəsi və qazinin problemini həll etmək istəyirsənsə, 20 obyekt və 5 evindən birini onlara ver”

Deputat: “Şəhid ailəsi və qazinin problemini həll etmək istəyirsənsə, 20 obyekt və 5 evindən birini onlara ver”


28-12-2020, 13:58. Разместил: admin
Deputat: “Şəhid ailəsi və qazinin problemini həll etmək istəyirsənsə, 20 obyekt və 5 evindən birini onlara ver”


“Kimlərsə şəhid və qazilərdən spekuliaysiya kimi istifadə etməməlidir. Bu məsələdə dövlətə də ağıl öyrətməyə ehtiyac yoxdur. Çünki biz dövlətin bu təbəqəyə nə qədər yüksək diqqət ayırdığının da şahidi oluruq”.
Bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında”  qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün dövlət növbəti ilin büdcəsinə transfertlərin həcmini artırması məhz  şəhid və qazilərin sosial müdafiəsinin gücləndirməsinə xidmət edir. “Bu gün dövlət  bu sahədə üzərinə düşən vəzifəni  yerinə yetirir. Əgər kimlərsə bu məsələdə şəhid və qazilərə dəstək olmaq istəyirsə, o zaman 20 obyektindən birini və ya 5 mənzilindən birini şəhid və qazilərə versin. Bununla da  dövlətin üzərində götürdüyü yükü yüngəlləşdirsin və bu işdə öz töhfəsini versin”- millət vəkili bildirib.

Millət vəkili  hesab edir ki, əsas problem kimi  bu gün Bakıda gecəqondu problemini həllidir: “Yəni  bölgələrdə yeni iş yerləri açmaq və iqtisadi fəallığı artırmaqla  insanların bölgələrə qaytarılmasını təmin etsə  yaxşı olardı.  Bu heç də insanları Kəlbəcərə və digər rayonlara qaytarmaqdan az  əhəmiyyət kəsb etmir. Hğkumət bu istiqamətdə ciddi iş görməlidir. 
Hökumətin  həll edəcəyi  digər problem isə ictimai nəqliyyat  məsələsidir”


Вернуться назад