Главная > Sosial > Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar hələ də iş başındadır”

Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar hələ də iş başındadır”


25-12-2020, 12:48. Разместил: admin
Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar  məmurlar  hələ də iş başındadır”


“Müharibə edən ölkələrin təkcə orduları döyüşmür, eyni zamanda   müharibə edən  cəmiyyətinin bütün təbəqələri, o cümlədən büdcələri  savaşır.

44 günlük Vətən müharibəsində  iki qüvvə arasında savaş gedirdi. Bir tərəfdə faşizm, digər tərəfdə   dünyada təklənmiş haqq uğrunda mübarizə aparan sülhsevər xalq dayanmışdı. 44 günlük Vətən müharibəsi əldə etdiyimiz qələbə  həm də  BMT-nin qətnamlələrini heçə sayan, faşizmə və zülmə dəstək verən yeni imperialst  qüvvələr  üzərindəki qələbəsidir”.

Bunu millət vəkili Sabir Rüstəmxanlı  Milli Məclisdə 2021-ci ilə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qələbə eyni zamanda xalqını qələbə ayapara Prezidentin qələbəsidir. “Bundan sonra da diqqət quruculuq işlərinə yönəldilməlidir. O baxımdan biz 2021-ci il büdcəsini Qarabağ büdcəsi hesab edirik. Ordu savaçda qələbə qaznadı, indi növbə qurucu ordunundur. Qurucu ordu  tezliklə işğaldan azad olunan torpaqlaırda quruculuq işlərini görüb ora köçü təmin etməlidir”- S. Rüstəmxanlı qeyd edib.

 Millət vəkili hesab edir ki, qələblərin əldə olunsamsında son illərdə həyata keçirilən islahatlar dayanır və kimsə bunu inkar edə bilməz.

“Hesab edirəm ki, bu islahatlar bundan sonra da davam etməlidir. İnsanlara yeni gözlə baxılmalıdır. O baxımdan insanların sosial müdafiəsi  gücləndirilməlidir.  Xüsusən də şəhid ailələri və qazilərin sosial müdafiəsinə  diqqət verilməlidir. Bu da hğkumtə üzvlərindən  və məmurların fəaliyyətindən  asılıdır”- o bildirib.
 Millət vəkili eyni zamanda aztəminatlı ailələrə verilən  sosial  yardımların verilməsində ciddi problemlər mövcuddur: “ Bu gün biz  hələ də aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar  məmurlar iş başındadır. Bu  sahə sosial oğurluq şəbəkəsinə çevrilib”.


Вернуться назад