Главная > Sosial > Səfərbərliklə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis edilməsi gözlənilir - RƏSMİ

Səfərbərliklə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis edilməsi gözlənilir - RƏSMİ


23-12-2020, 14:20. Разместил: admin
Səfərbərliklə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda tərxis edilməsi gözlənilir - RƏSMİ


“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq, evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.

Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

“Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib.

Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, - nazirlikdən vurğulanıb.


Вернуться назад