Главная > Sosial > Ya Zəngəzur, ya kompensasiya - Deputatdan təklif

Ya Zəngəzur, ya kompensasiya - Deputatdan təklif


22-12-2020, 12:20. Разместил: admin
Ya Zəngəzur, ya kompensasiya - Deputatdan təklif


Ermənistan hökuməti ya həmin ərazilərindən ata yurdlarını tərk edən azərbaycanlıların geri qayıtmaq hüququnu tanımalıdır, yaxud da onlara 70 illik kompensasiya ödəməlidir.
 “Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili  Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

 Onun sözlərinə görə, artıq bu məsələyə hələ Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. 

Deputat hesab edir ki, bu Qarabağ  münaqişəsinin həllini birdəfəlik  həllini istəməyən revanşist qüvvələrə və onların havadarlarına tutarlı cavab olardı.


Вернуться назад