Главная > Sosial > Maskaya görə cərimələr ARTIRILDI - RƏSMİ - SON DƏQİQƏ

Maskaya görə cərimələr ARTIRILDI - RƏSMİ - SON DƏQİQƏ


18-12-2020, 13:09. Разместил: admin
Maskaya görə cərimələr ARTIRILDI - RƏSMİ - SON DƏQİQƏ


Karantin qaydalarını pozanlara qarşı cəzalar sərtləşdirilir. 


Bununla bağlı olaraq Milli Məclisin bu gün keçirilən iclasında  İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.


“Ölkə.Az” xəbər verir ki,  qanun layihəsi barədə məlumat verən Nizami Səfərovun sözlərinə görə, Məcəlləyə əsasənn  vəzifəli şəxslərin karantin rejimini  pozacağı təqdirdə cərimələr 3 min manatdan 4 min manata, təkrar baş verdikdə isə 11 min manatadək cərimə olunması nəzərdə tutulur.


Fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə olunacağı təklif olunur.  Karantin rejiminin təkrar pozulduğu halda  400 manat, hüquqi şəxslər isə  1200 manat  cərimə olunması nəzərdə tutulur.

Millət vəkili  Fazil Mustafa hesab edir ki,  cərimələrin sərtləşdirilməsi vəziyyətdən çıxış yolu deyil. “Ona görə də bu məsələdə daha optimal yanaşmaq lazımdır”.

 Razi Nurullayev isə hesab edir ki, cərimə tətbiq etməkdənsə ilk növbədə ciddi xəbərdarlıq edilsin. “Cəzaların sərtləşdirilməsi elə də çıxış yolu deyil. İnsanlar cərimə olunmaq istəmirsə, o zaman qaydalara riayət etsinlər”.

 Deputat Tahir Kərimli də Məcəlləyə nəzərdə tutulan  sərt  cəzaların çıxış yolu olmadığını, ancaq  məcburiyyət qarşısında atılan addım kimi dəyərləndirib.

Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Вернуться назад