Главная > Sosial > Komitə sədri: “Şəhid ailələri və qazilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks addımlar atılacaq”
Komitə sədri: “Şəhid ailələri və qazilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks addımlar atılacaq”7-12-2020, 13:11. Разместил: admin |
“Şəhid ailələri, müharibə veteranları, müharibə əlillərə diqqət və qayğı Azərbaycan hökumətinin yürütdüyü sosial siyasətinin ana xəttini təşkil edir. Ötən müddət ərzində bu kateqoriyadan olan insanlaırn sosial müdafiəsi ilə bağlı lazımi qanunvercilik bazası yaradılıb və buna uyğun olaraq şəhid ailələri, əlil və veteranlaırn problemləri öz həllini tapıb və tapmaqdadır”. Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədrinin sözlərinə görə, şəhid ailələri, əlil və veteranların sosial problemlərini həll etmək üçün müəyyən proqramlar qəbul edilib. “Bu proqramlara əsasən bu kateqoriyadan olan insanlar mənzil və avtomobillə təmin edilir, sosial müavinət, pensiya verilir və müalicəsi dövlət tərəfindən həyata keçirilir. Digər problemləri həll olunur. Ümumiyyətlə bu kateqoriyadan olan insanlara 20-dək sosial güzəşt nəzərdə tutulub və onlar bu hüquqlardan istifadə edirlər”- komitə sədri qeyd edib. Komitə sədri əlavə edib ki, bundan sonrakı dönəmdə dəbu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin olunması üçün daha ciddi addımlar atılacaq: “Bununla əlaqədar olaraq müvafiq proqramlar qəbul ediləcək. Şəhid ailələri, əlil və Qarabağ qazilərinin sosial problemlərinin həlli cənab Prezidentin daima diqqət və qayğısında olub. Bundan sonra da biz bu istiqamətdə atılacaq daha ciddi addımların şahidi olacağıq. Müharibə yenicə bitdiyindən hazırda bu kateqoriyadan insanlarla bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq işlər gedir. Bununla bağlı müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar olaraq mövcud qanunlara dəyişikliklər və əlavələrin edilməsi nəzərdə tutulur. Yəni hökumətin bu istiqamətdə kompleks addımlar atması gözlənilir. Bu istiqamətdə müzakirələr bitdikdən və hansı addımlaırn atılması bəlli olduqdan sonra cəmiyyətə məlumat veriləcək”. Komitə sədri hesab edir ki, bütün bunlarla bağlı 2021-ci ilin əvvəlində bununla bağlı hansı addımların atılması bəlli olacaq. Bu kateqoriyadan olan insanların sosial müdafiıəsinin gücləmndirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsində hansı məsələlərin nəzərdə tutulduğuna gəldikdə komitə sədri deyib ki, 2021-ci ilin dövlət büdcə zərfi parlamentə daxil olmadığından konkret fikir söyləyə bilmərəm: “Amma işğaldan azad olunan ərazilərdə böyük tarixi quruculuq abadlıq işlıri ilə bağlı müəyyən layihələrin həyata keçirilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulacaq. Heç şübhəsiz şəhid ailələri, qazi və əlillərlə bağlı məsələlər hər zaman olduğu kimi növbəti ildə də büdcə layihəsində əksini tapacaq. Mən daha çox bu kateqoriyadan olan insanların sosial müdafiəsnin gücləndirmək üçün daha çox məşğulluq məsələlərinə diqqət yetirilməsini təklif edirədim. Ya onlar yüksək masala işlərlə təmin olunmalı, yaxudda kişik bizneslərini qurmaq üçün məşğulluq imkanlarından daha geniş formada istifadəsinə şərait yaradılmalıdır. Əminəm ki, hökumət şəhid aiələri və Qarabağ qzilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri addımlar atacaq”. Вернуться назад |