Главная > Sosial > Həftəsonları taksilərin fəaliyyəti ilə bağlı məsələdə son QƏRAR - YENİLƏNİB
Həftəsonları taksilərin fəaliyyəti ilə bağlı məsələdə son QƏRAR - YENİLƏNİB20-11-2020, 13:40. Разместил: admin |
“Həftəsonları taksi xidməti işləməyəcək”. Bunu oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib. “Nazilər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək”, - deyə o əlavə edib. *** Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub. Trend məlumatına görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq. Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib. Вернуться назад |