Главная > Sosial > Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edildi
Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edildi25-10-2023, 12:58. Разместил: admin |
Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin, İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”, - nazir əlavə edib. Вернуться назад |