Главная > Sosial > Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər
Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər2-06-2023, 14:15. Разместил: admin |
Bu il Qurban bayramı iyun ayının 28-29-una təsadüf edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür. Konkret.az qurban kəsmək istəyənlərin bilməsi vacib olan məqamları təqdim edir: – Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsən şəxsə verilir, üçdə biri qonaqlara və dostlara, üçdə biri isə kasıblara paylanır. – Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan aldığınız dincəlmiş ətdən daha kəskin olur. – Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır. Qurban ətini yumaq olmaz. – Qurban əti kəsilib hissələrə bölündükdən sonra 1 gecə qalmadan, dərhal torbalara yığılsa yaşıllaşır. Odur ki, qurban əti kəsildikdən sonra 24 saat saxlanılmalı və günün sonunda yeyilməlidir. – Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur. Əti dərhal kəsib bişirib yemək gələcəkdə ciddi xəstəliklərə səbəb ola bilər. – Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək. – Qurban kəsə bilməyənlərə ət paylananda sümük verilmir. Sümüksüz ətin verilməsi daha uyğundur. Əks halda, bu, hörmətsizlik sayılır.//Yenisabah Вернуться назад |