Главная > Sosial > Skuter sürənlərə bəd xəbər: polis reydləri... - FOTO
Skuter sürənlərə bəd xəbər: polis reydləri... - FOTO2-06-2023, 12:32. Разместил: admin |
Skuter icarəsi üzrə bəzi tətbiqlər fəaliyyətlərini müvəqqəti dayandırıblar. Bunun səbəbi “polis reydləri” ilə əlaqələndirilib. Məlumata görə, yollarda skuter sürməyə polis tərəfindən icazə verilmir. Bu sahədə xidmət göstərən şirkətlər skuteri yolda sürən şəxslərin bəzən cərimələndiyini, hətta skuterlərin cərimə meydançasına aparıldığını bildirirdilər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir: "Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələrini idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub". Вернуться назад |