Главная > Sosial > İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR
İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR3-09-2020, 15:30. Разместил: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir. Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq. Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur. Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər: 1. Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) 16. Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 2. PVC qapı və pəncərə hazırlanması 17. Brolyer inkubatoru 3. Kişi bərbərxanası 18. Qadın gözəllik salonu 4. Avtoyağlama 19. Avtomobil şinlərinin təmiri 5. Komputer oyun salonu 20. Avtoyuma 6. Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) 21. Avtoçilingər 7. Dizayner 22. 8. Dəmirçi 23. Dönərçi 9. Avtotornaçı (tokar) 24. Yem üyütmə xidməti (mini yem dəyirmanı) 10. Parket və taxta döşəmə cilalanması 25. Yun darama 11. Avtoelektrik 26. Naxış vurma 12. Meyvə qurutma 27. Təlim-tədris 13. Fitnes (idman) 28. Musiqiçi 14. Poliqrafiya xidmətləri 29. Ayaqqabı təmiri və istehsalı 15. Foto xidməti 30. İstixana Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: project.dma@sosial.gov.az; mesgulluq@bbn.az mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir. Вернуться назад |