Главная > Sosial > Dövlətdən hər ay pul almaq istəyənlərin NƏZƏRİNƏ! - MÜRACİƏT QAYDASI
Dövlətdən hər ay pul almaq istəyənlərin NƏZƏRİNƏ! - MÜRACİƏT QAYDASI5-04-2023, 11:27. Разместил: admin |
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Dövlətdən sosial yardımı orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ala bilərlər. Ünvanlı dövlət sosial yardımı üçün bu şəxslər müraciıt edə bilər: Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Qeyd edək ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Dövlətdən alınan bu yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edirsə nə qədər sosial yardım ala bilər? Bu ailənin ehtiyac meyarının məcmusu 246*4=984 manat təşkil edir. Bu halda ailəyə 984-400= manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər. Məlumat üçün bildirək ki, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin verdiyi ailə tərkibi haqqında arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə ilə sosial yardımın alınması üçün müraciət edə bilər. Bununla əlaqədar olaraq, təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir. Müraciətlər VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Ailənizə ünvanlı dövlət sosial yardımının təyin edilməsi hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərsiniz. Xidmətlə əlaqəli sual və problemlər olduqda 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz Вернуться назад |