Главная > Sosial > Azərbaycanda yüksək vəzifəli şəxs işdən azad edildi - YENİ TƏYİNAT
Azərbaycanda yüksək vəzifəli şəxs işdən azad edildi - YENİ TƏYİNAT2-11-2022, 10:13. Разместил: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “Dost İnfrastruktur Mərkəzi” MMC-nin direktoru Tural Qəniyev vəzifəsindən azad edilib. Report xəbər verir ki, şirkətə rəhbərlik Azər Məmmədova həvalə olunub. Xatırladaq ki, “Dost İnfrastruktur Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli qərarı ilə təsis edilib. Onun nizamnamə kapitalı 5 min manatdır. Cəmiyyət ƏƏSMN-nin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkil edilməsi kimi vəzifələri yerinə yetirir. Вернуться назад |