Главная > Sosial > Azərbaycanda istilik mövsümü ilə bağlı AÇIQLAMA
Azərbaycanda istilik mövsümü ilə bağlı AÇIQLAMA7-10-2022, 12:18. Разместил: admin |
Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq. Bu barədə “Azəristiliktəchizat” ASC xəbər verir. Məlumata görə, bu ayın sonuna qədər növbəti payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri yekunlaşdırılacaq. Bu il sentyabrın 30-na qədər istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib, 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub, 732 ədəd qazan aqreqatı, 1 378 ədəd nasos, 8 658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib, 1 002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 9,44 km istilik boru xətləri əsaslı təmir olunub, 1 048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib, istilik xətlərində 2 978,4 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub, 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib. Hazırda “Azəristiliktəchizat” balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssisəsi, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edir. O cümlədən, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində 43 qazanxana vasitəsilə 3 775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir. Bunun üçün 1 000 km-dən çox magistral və məhəllədaxili istilik xətti, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu, texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif mühəndislik qurğuları mövcuddur. “Azəristiliktəchizat”ın daimi 1200-ə yaxın, istilik mövsüm zamanı isə 2 250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır. Bakıda 22, digər şəhər və rayonlarda isə 46 İstilik Sistemlərinin İstismar Sahə idarəsi fəaliyyət göstərir. Вернуться назад |