Главная > Sosial > Əhaliyə "qoruyucu maskalardan istifadə" müraciəti - RƏSMİ

Əhaliyə "qoruyucu maskalardan istifadə" müraciəti - RƏSMİ


15-07-2022, 12:38. Разместил: admin
Əhaliyə "qoruyucu maskalardan istifadə" müraciəti - RƏSMİ


"Azərbaycanda ötən aylarla müqayisədə koronavirusa yoluxmada artım müşahidə edilir. Bunu nəzərə alaraq gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam".

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

Nazirlik rəsmisi virusdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu da bildirib: "Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm".


Вернуться назад