Главная > Sosial > Qəzada yaralananların xərcini kim ödəməlidir? - RƏSMİ
Qəzada yaralananların xərcini kim ödəməlidir? - RƏSMİ13-06-2022, 11:59. Разместил: admin |
Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada dəymiş zərərin, eləcə də xəsarət alan şagirdlərin müayinə və müalicəsi xərclərinin kimin tərəfindən ödənilməsi də sual doğuran məqamlardan biridir. Belə ki, turda iştirak edən 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında da mövcud məsələ ilə bağlı insident olub. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə açıqlamasında bildirdi ki, “Turizm haqqında” yeni qəbul olunan qanunun alt sənədləri hazır olduqdan sonra turizm şirkətləri tərəfindən öz müştərilərini sığortalamaq məcburi olacaq: “Hazırda isə sığorta könüllüdür. Turizm şirkətləri ilə sığorta şirkətləri arasında müqaviləyə əsasən burada yol qəzaları hallarının sığorta halına salınıb salınmayacağı da müzakirə predmetidir. Xüsusi hal kimi sığorta şirkətləri bunu qəbul etməyə bilər. Yeni qanunla turizm şirkətləri üzrə mülki məsuliyyətin icbari sığortası olacaq. Bu sığortanın paketinə daxil edilən məsələlər turizm və sıorta şirkətlərinin razılığı ilə hazırlanacaq”. Qurum nümayəndəsinin sözlərinə görə, 2015-ci ildən turizm sahəsində lisenziyalar ləğv edilib, buna görə də şirkətlər seçimlərində sərbəstdirlər: “Sözügedən qəza halında zərərin qarşılanması üçün tur şirkətinin müştərilərini sığorta edib-etməməsi dəqiqləşdirilməlidir”. Вернуться назад |