Главная > Sosial > Daha 11 min şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - Nazir müavini
Daha 11 min şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - Nazir müavini11-04-2022, 13:11. Разместил: admin |
Şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə isə 3000-ə çatdırılıb. Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, ümumilikdə dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə 12 500-dən çox mənzilin verilməsi təmin edilib. Nazir müavini əlavə edib ki, Ölkə başçısının imzaladığı fərman və sərəncamlar əsasında icra edilən bu proqramlar 2025-ci ilədək davam etdiriləcək. "Bu proqramlar çərçivəsində daha 11 min şəxsin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulub"- o deyib. Вернуться назад |