Главная > Sosial > Ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar
Ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar7-04-2022, 15:29. Разместил: admin |
COVID-19 pandemiyası ilə əlaqədar idman təşkilatlarında təlim-məşq proseslərinin, kütləvi-sağlamlıq tədbirlərinin, spartakiada və yarışların keçirilməsinin dayandırılması (Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarı ilə) nəticəsində təqdim edilən hesabatlarda əsasən 2021-ci ilin yalnız Olimpiya lisenziya idman yarışlarının (xarici ölkələrdə) və onlayın şahmat turnirlərinin nəticələri yer alıb. aia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyası (AHİTA) 9 idman təşkilatını - 5 idman cəmiyyətini (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ”, “Zenit”) və 4 idman klubunu (“Alpinist və Turist”, “Şahmat və Dama”, “Atilla”, “Pəhləvan”) özündə birləşdirir. 2021-ci il ərzində həmkarlar ittifaqları (Hİ) idman təşkilatları 216 bədən tərbiyəsi kollektivini əhatə edərək 13 808 nəfər bədən tərbiyəsi və idmançı ilə məşğul olub. Onlardan 1 385 nəfəri, yaxud 10 %-i qadınlar və qızlardır. Əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün respublikanın şəhər və rayonlarında olan 92 idman bazası və qurğusundan (1 atıcılıq tiri, 7 stadion, 2 kompleks idman qurğusu, 40 idman zalı, 3 üzgüçülük hovuzu, 25 sadə idman meydanı, 13 bədən tərbiyəsi - sağlamlıq mərkəzi və 1 digər qurğulardan) istifadə edilib. 2021-ci ildə gənc idmançıların hazırlığını Hİ idman təşkilatlarının 9 Uşaq-Gənclər İdman Məktəbi (UGİM) təmin edib. Bunlardan 1-i ixtisaslaşdırılmış olimpiya ehtiyatlı, 8-i kompleks uşaq-gənclər idman məktəbidir. Ötən il 28 UGİM bölməsində 105 məşqçi-müəllimin rəhbərliyi altında 3 041 gənc idmançı, o cümlədən 218 qız il ərzində idmanın 13 növü ilə müntəzəm məşğul olub. Məşğul olanların 179 nəfəri dərəcəli idmançıdır (3-ü əməkdar idman ustası, 3-ü idman ustası, 16-sı idman ustasına namizəd, 20-si birinci dərəcəli və 41-i kütləvi dərəcəli). AHİTA Olimpiya Oyunları ərəfəsində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançıların ustalıqlarının artırılması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman növləri üzrə Milli Federasiyalar ilə sıx əməkdaşlıq edib, idmançıların rəsmi yarışlarda iştirak etməsinə şərait yaradıbdır. Ümumiyyətlə, AHİTA idmançıları 2021-ci il ərzində iştirak edən yarışlarda müxtəlif dərəcəli 82 medal qazanıblar (beynəlxalq turnirlər - 24, paralimpiya - 2, İslam Həmrəylik Oyunları - 1, dünya -8, Avropa -13 və respublika -34). Вернуться назад |