Главная > Sosial > Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ

Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ


23-02-2022, 13:17. Разместил: admin
Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edən şəxslərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur:

“Müharibə veteran” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib”.

O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur:

“Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.


Вернуться назад