Главная > Sosial > Nazir müavinindən internet provayderləri ilə bağlı açıqlama
Nazir müavinindən internet provayderləri ilə bağlı açıqlama27-01-2022, 12:45. Разместил: admin |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lər yaxın günlərdə birləşdiriləcək. Bunu nazir müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib. "Biz keçən il nazirliyə məxsus "Azərmarka" MMC-ni ləğv edib, "Azərpoçt" MMC-yə birləşdirdik. Bu birləşmə ilə həmin sahədə səmərəli fəaliyyətə şərait yaradacaq. Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom" MMC-nin birləşdirilməsi də oxşar, yaxın funksiyalar yerinə yetirən qurumların bir qurum kimi fəaliyyət göstərməsinə şərait yaradacaq", - deyə o, qeyd edib. Вернуться назад |