» » “Qeyri-ərzaq mağazaları açılmalıdır” - Fəzail Ağamalı

“Qeyri-ərzaq mağazaları açılmalıdır” - Fəzail Ağamalı

  • 6-08-2020, 14:15
  • Sosial
  • 0
  • 317
“Qeyri-ərzaq mağazaları açılmalıdır” - Fəzail Ağamalı


Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclasda deputatlar çıxış edərək karantin rejiminin yumşaldılması ilə bağlı təkliflər irəli sürüblər.

Deputat Fazil Mustafa bəzi iş yerlərinin açılmasını təklif edib: “Marketlərə çox sayda insan daxil olur,  amma digər müəssisələr işləmir. Kiçik sahibkarlar fəaliyyət göstərmir. Operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma  nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq. Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”. 

Deputat Vahid Əhmədov deyib ki, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir: “Amma bizdə proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.

Deputat Fəzail Ağamalı da bəzi sahələrin fəaliyyətinə icazə verilməsini təklif edib: “Bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq. SMS qaydasının ləğv edilməsi ilə insanların küçələrə axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: “Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti azaldılmalı, mümkün olsa, pulsuz olmalıdır”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya