» » Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA

Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA

  • 16-12-2020, 13:48
  • Sosial
  • 0
  • 314
Toy və yas mərasimləri gələn yaya qaldı? - AÇIQLAMA


Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.
 Bu bardə “Ölkə.Az”a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.

“Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda  toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar.  Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər”, - deyə  Rəşad Mahmudov bildirib.

Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R. Mahmudov deyib ki,  istər  koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan  şəxsin ikinci dəfə yoluxma ehtimalı var: “Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs  xəstəliyi birinci dəfədəkindən yüngül  keçirir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya