» » Komitə sədri: “Ərdoğanın Qələbə Paradında iştirakı düşmənə və onun havadarlarına ciddi mesaj olacaq”

Komitə sədri: “Ərdoğanın Qələbə Paradında iştirakı düşmənə və onun havadarlarına ciddi mesaj olacaq”

  • 9-12-2020, 10:51
  • Sosial
  • 0
  • 318
Komitə sədri: “Ərdoğanın Qələbə Paradında iştirakı düşmənə və onun havadarlarına ciddi mesaj olacaq”


“44 günlük Vətən Müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyinin əvəzsizdir. Dünyada başqa iki ölkə arasında bu dostluq, qardaşlıq münasibətlərinin analogiyası yoxdur.Bu cür təmənnasız birlik, dövlət maraqlarının birgə müdafiə olunması, ən çətin məqamlarda belə böyük riskləri gözardı edərək ortaya güclü iradə qoyulması beynəlxalq münasibətlər sistemində yeni bir örnəkdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dekabrın 10-da keçiriləcək Qələbə paradı  və Türkiyə Prezidenti Ərdoğanın iştirakını şərh edərkən deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. “Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakını yüksək dəyərləndirirəm. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcədə düşmənə, onun havadarlarına ciddi mesaj olacaq”.

Sadiq Qurbanov maraqlı bir təkliflə də  çıxış edib: “Azərbaycan düşmən üzərində möhtəşəm zəfər qazanaraq həm də Dağlıq Qarabağ münaqişəsinin həllində 27 ildə ortaya səmərəli bir fəaliyyət qoya bilməyən BMT və ATƏT-i ağır məsuliyyətdən qurtarıb. Ona görə də yaxşı olardı, dekabrın 10-da keçiriləcək Qələbə Paradında BMT Təhlükəsizlik Şurasının üzvlərindən birinin nümayəndəsi çıxış edib Azərbaycana təşəkkürünü bildirərdi. Yaxud, təşəkkür məktubu göndərsələr də olar. Çünki Azərbaycan ordusu bölgədə ədaləti, beynəlxalq hüququn aliliyini təmin edib, BMT Təhlükəsizlik Şurasının 27 ildir icrasız qalan qətnamələrinin icrasını təmin edib”.

Komitə sədri Azərbaycanda Türkiyə əlehinə səsləndirilən bəzi fikirlərə də münasibət bildirib.

 Onun sözlərinə görə, yaxın tarixə nəzərə salsaq görərik ki, ölkədəki “beşinci kolon” fürsət düşdükcə dirçəlməyə, aktivləşməyə cəhd edir: “Fikrimcə, hazırda gedən proseslərdən yanlış nəticələr çıxarıb ictimai fikri manipulyasiya etmək cəhdləri əbəsdir. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir, 44 günlük müharibə zamanı da çox məsələlər aydınlaşdı. Azərbaycan 27 sentyabrdan əvvəlki ölkə deyil, ondan əvvəl də, indi də xalqın mütləq dəstəyi ilə Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili və xarici siyasətində daha böyük əzmlə addımlar atır. Ölkəmizin milli maraqları qorunur, dünyada nüfuzu yüksəlir, daxildə milli birlik, həmrəylik güclənir. Bu siyasətə uyğunlaşmayan, narahat olan “beşinci kolon” nümayəndələri cəmiyyətimizdən layiq olduqları münasibəti görürlər və görməkdə davam edəcəklər”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya