» » Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər

Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər

  • 24-09-2020, 14:04
  • Sosial
  • 0
  • 283
Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər


Azərbaycanda şadlıq sarayları, mərasim zalları və məscidlərin fəaliyyəti yenidən bərpa olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

Belə ki, icra hakimiyyətləri öz rayonları ərazisində yerləşən şadlıq evləri, məscidlər və mərasim zallarına nümayəndələrini göndəriblər. Nümayəndələr adı çəkilən məkanlara baş çəkərkən həmin yerlərin kvadrat metri, nə qədər insan tutumuna malik olması və havalandırma sisteminin mövcud olması ilə yerində tanış olublar. 

Bildirilir ki, Operativ Qərargahın növbəti yumşaldılma barədə qərarından sonra hər üç sahə üzrə qadağalar nisbətən aradan götürüləcək. Toyların əvvəlki kimi 500-1000 nəfərin iştirakı ilə deyil, məhdud sayda qonaqların iştirakı ilə keçirilməsinə icazə verilə bilər. Şadlıq saraylarında aparılan yoxlamalar zamanı da məkanlara nə qədər insanın daxil olma potensialı müəyyənləşdirilib.

Karantin şərtləri çərçivəsində masalar arxasında 6 nəfərdən çox insanın əyləşməsi qadağan oluna bilər. Bundan əlavə toya gələn insanların və şadlıq sarayı personalının da maskadan istifadəsi ilə bağlı məcburiyyət ola bilər. Həmçinin zallarda oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Məscidlərlə bağlı siyahının hazırlanması da ibadət ocağına nə qədər insanın buraxılmasının yoluxma riski yaratmaması ilə əlaqədardır. İbadət ocağında cümə və camaat namazlarının qılınması ilə bağlı qadağa qüvvədə qalsa da, fərdi şəkildə insanların ara məsafəsini gözləmək və maskadan istifadə etməklə namazlarını qılmasına icazə veriləcəyi gözlənilir. 

Mərasim zalları ilə bağlı da say məhdudiyyətinin tətbiqi gözləniləndir. Cəm şəkildə insanların mərasim evlərinə daxil olmasına icazə verilməyəcək. Lakin ara məsafəsi gözlənilməklə və maskadan istifadə etməklə məhdud sayda insanın baş sağlığı verməsi üçün həmin məkanlara dail olmasına icazə verilməsi gözləniləndir. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya