İşləməyənlər pensiya ala bilməyəcəklər? - AÇIQLAMA - VİDEO
- 26-12-2023, 14:30
- Sosial
- 0
- 105
Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır.
Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir. 00:4
Bəs, rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?
Hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslərə müəyyən yaşa çatdıqda yaşa görə müavinət müəyyən olunur:
“2023-cü il üçün həmin müavinətin miqdarı 220 manat təşkil edirdi. Minimum əmək pensiyasının həcmi isə 280 manatdır. Amma burada bir güzəşt var ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azından bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur və onlara minimum həcmdə əmək pensiyası təyin olunur”.
Bu halda şəxsə yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın birinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Yaşa görə müavinətə gəlincə, onun məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Pensiyalar isə hər il orta əmək haqqının illik artımına uyğun həyata keçirilir. Bundan başqa, şəxsin pensiya hüququ yarandığı və ya işə daxil olduğu halda ona yaşa görə müavinətin ödənişi dayandırılır.
Ətraflı Baku TV-nin süjetində:
<embed width="640" height="360" src="https://player.olke.az?v=25315&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>