» » Bu ünvanında evlər söküləcək, 11 bina tikiləcək - Sakinlərə hər ay kirayə pulu veriləcək - VİDEO

Bu ünvanında evlər söküləcək, 11 bina tikiləcək - Sakinlərə hər ay kirayə pulu veriləcək - VİDEO

  • 3-08-2023, 12:11
  • Sosial
  • 0
  • 184
Bu ünvanında evlər söküləcək, 11 bina tikiləcək - Sakinlərə hər ay kirayə pulu veriləcək - VİDEO


Bakıda "Kubinka" adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.

Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.

Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var.

"Kubinka"da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

<embed width="640" height="360" src="https://player.olke.az?v=20327&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    İyul 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Qalereya