DİQQƏT! Bakının bu rayonunda 19 bina SÖKÜLƏCƏK - FOTO
- 12-09-2022, 14:02
- Sosial
- 0
- 235
Bakının Sabunçu rayonu ərazisində qəzalı vəziyyətdə olan binanın sakinləri acınacaqlı vəziyyətlə üzləşiblər.
Bu barədə sakinlər baku.ws-in "qaynar xətti"nə müraciət ediblər.
Onlar bildiriblər ki, 1880-ci ilin binasında yaşamaq həddən artıq təhlükəlidir. Sabunçu qəsəbəsi, H.B.Zərdabi (S.M.Əfəndiyev) küçəsində yerləşən 13-cü binanın sakinləri 142 yaşı olan tikilidən nə vaxt canlarını qurtaracaqları günü səbrsizliklə gözləyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istəklərinin nə vaxt reallaşacağı barədə cavab verilməyib.
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, qəzalı bina barədə məlumatlıdırlar:
"Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanaraq adiyyəti qurumlara göndərilib. Hazırda rayon ərazisində qəzalı vəziyyətdə aktı tərtib olunan binaların sayı 19-dur. Bu binalara Fövqəladə Hallar Nazirliyi akt tərtib edib. Digər tərəfdən 17 binanın isə təmir-bərpa işlərinə ehtiyaclı olması müəyyən edilib. Ümumilikdə isə qəza aktı olmayan 177 bina var. Onlar barədə siyahılar tərtib olunaraq adiyyəti qurumlara təqdim edilib və bu barədə qərar veriləcək".