» » Anar Rzayev qardaşının şirkətinə daha çox daşıma icazəsi verib? - AÇIQLAMA

Anar Rzayev qardaşının şirkətinə daha çox daşıma icazəsi verib? - AÇIQLAMA

  • 18-02-2022, 12:24
  • Sosial
  • 0
  • 247
Anar Rzayev qardaşının şirkətinə daha çox daşıma icazəsi verib? - AÇIQLAMA


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev qardaşının rəhbəri olduğu daşıma şirkəti “Van der Вal Intl. Transport Bakı”ya daha çox daşıma icazəsi verilməsi ilə bağlı suallara aydınlıq gətirib.

 A. Rzayev vaxtilə rəhbəri olduğu şirkətlə hazırda hazırda heç bir əlaqəsi olmadığını deyib:

“1196-2013-cü illərdə “Van der Вal” şirkətinin rəhbəri olmuşam. Daha sonra şirkətdən ayrılaraq akademik fəaliyyətlə məşğul olmuşam. Hazırda qardaşım həmin şirkətin rəhbəridir. İstər akademik fəaliyyətim dövründə, istərsə də indi mənim şirkətlə hər hansı əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Mən şirkətdən ayrılarkən 60-a yaxın avtomobili var idi, hazırda isə 15 avtomobildən ibarətdir”.

Qurum rəhbərinin sözlərinə görə, daşımalar üçün verilən BNF icazələrin defisit olan və olmayan hissələri var. Defisit olmayanlar Rusiyaya keçidə icazə verməyən icazələrdir: “Yəni siz onunla Rusiyaya gedə bilməzsiniz. Buna Rusiyaya bağlı icazələr deyilir. Bu icazələrlə yalnız Almaniya, Fransa, Niderland və bu kimi ölkələrə gedə bilirsiniz. Sözügedən şirkət bu icazələrdən əldə etmək üçün müraciət edib. Ötən il həmin icazələrdən DANX-da 400-500 ədəd qalmışdı. Çünki onlar bol olan icazələrdəndir. Hazırda da həmin icazələrdən 100-ə yaxın var. Çünki şirkətləri əsasən Rusiyaya keçid icazələri daha çox maraqlandırır”.

Pay bölgüsündə qardaşının rəhbər olduğu şirkətə daha çox pay verilmədiyini deyən A. Rzayev bildirib ki, hər şirkətə paylanıldığı qədər  - hər 2 Avro-6 avtomobilə 1 BNF icazəsi verilib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya