Главная > Siyasət / Gündəm / Dünya / Cəmiyyət > Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur yazan Ali Baş Komandan İlham Əliyev

Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur yazan Ali Baş Komandan İlham Əliyev


22-11-2021, 16:48. Разместил: admin


Tanrı bizə Azərbaycanımızın tarixinə qızıl hərflərlə yeni bir səhifə yazan möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi qətiyyətli Lideri, Ali Baş Komandan kimi cəsur Sərkərdəni, nüfuzlu və tədbirli bir siyasətçini bəxş etmişdir.

Ali Baş Komandanımızın qurduğu Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində od ürəkli, cəsur zabit və əsgərləri ilə torpaqlarımızın 30 illik işğalına son qoydu, azad olunmuş torpaqlarımızda   üç rəngli bayrağımızı qürurla ucaltdılar.

Azərbaycan xalqı tam əmindir ki, düşmən tərəfindən dağıdılmış kənd, qəsəbə və şəhərlərimiz cənab Prezidentimizin yorulmaz fəaliyyəti sayəsində tezliklə bərpa olunaraq, ölkəmizin  abad və cənnət bir məkanına çevriləcək.  Bu gün tarixin ən qüdrətli  Azərbaycanın yaradıcısı olan cənab İlham Əliyev Azərbaycan dövlətinin, vətəndaşının talehinə, Azərbaycan xalqının tarixinə ən böyük, ən gur işıq salır  və bu işıqlı yolla bizləri böyük zəfərlərə çatdırır.   Azərbaycanın bu günki inkişafının məhz  Heydər Əliyev siyasi məktəbinin davamçısı möhtərəm Prezident tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkündür.  Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfəri bizə bəxş edən, torpaqlarımızı düşməndən geri alan, öz adını Dövlətimizin şanlı tarixinə qızıl hərflərlə yazan Ali Baş Komandanımızı böyük Sərkərdə adlandırsaq, heç də yanılmarıq.  44 günlük müharibə dövründə cənab Prezidentin yaxın silahdaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanizim missiyasını da yüksək qiymətləndiririk. Azərbaycan  tarixi uğurlarını məhz cənab İlham Əliyevin rəhbərliyi altında əldə etmişdir.  Azərbaycanın Zəfər Qələbəsini xalqımıza yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlıq hissimi bildirirəm.  Bu gün xalqımız şərəfli bir tarix yaşayır.  Cənab Prezidentin milli maraqlara söykənən siyasətinin nəticəsidir ki, 44 günülük Vətən müharibəsində oğullarımız yeni bir Zəfər tarixi yaza bildilər və 30 illik işğala son qoyaraq  üç rəngli bayrağımızı ruhumzun paytaxtı olan Şuşada, azad olunmuş kənd, qəsəbə və şəhərlərimizdə ucaltdılar.  Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə Azərbaycan xalqının qəlbində özünə taxt qurdu, heykəlləşdi. Sözsüz ki, Ali Baş Komandanın və Azərbaycan ordusunun hər bir əsgəri haqqında bir-birindən gözəl əsərlər yazılacaq, şeirlər, nəğmələr qoşulacaq, abidələr ucaldılacaq.  Bu Böyük Qələbə ilə ən böyük əsəri Ali Baş Komandanımız İlham Əliyev yazdı; Qarabağ zəfəri! Ən gözəl sözlərin; ”Qarabağ Azərbaycandır!”, “Əziz Şuşam, Sən azadsan!”, ən gözəl heykəlin; qəlbimizdə ucaltdığı Qalib Sərkərdə heykəlinin müəllifi oldu.

Səttar Suliddin oğlu Möhbalıyev  
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. 


Вернуться назад